Çin: ‘Seçkilərin nəticəsindən asılı olmayaraq Honkonq Çinindir!’

Çin: ‘Seçkilərin nəticəsindən asılı olmayaraq Honkonq Çinindir!’

Çinin XİN rəhbəri Van İ Honkonqda keçirilən yerli seçkilərlə bağlı media nümayəndələrinə açıqlama verib.   

“Seçkilərin nəticəsindən asılı olmayaraq, ora Çin ərazisi olub və belə də olacaq. Honkonqdakı inkişaf və sabitliyə istənilən ziyan vurma və ya mane olma cəhdi uğur qazanmayacaq”, - deyə Van İ bildirib. 

 Xatırladaq ki, bazar günü Honkonqda keçirilən dairə şurası seçkilərində üstünlüyü demokratiyanın inkişafı tərəfdarları qazanıb.   

Bu gün yerli vaxtla səhər 6:00-a olan nəticələrə əsasən, demokratiya tərəfdarları açıq səs çoxluğu ilə yerli şuradakı 452 yerdən 300-dən çoxunu tutub.   

Seçkilər, Honkonqdakı kütləvi etiraz aksiyalarının gərginliyi şəraitində baş tutub. Həmin etirazlar iyun ayından davam etməkdədir. Səbəb isə şəhər rəhbərliyinin ekstradisiyaya dair qanuna dəyişiklər etmək niyyəti olub.   

Etirazlar nəticəsində dəyişikliklərin qəbul edilməsi ilk olaraq sonraya saxlanılıb, daha sonra isə ləğv edilib. Lakin etirazçılar yeni tələblərlə öz aksiyalarını davam etdirirlər.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru