Çin Aya uçmaq üçün yeni kosmik gəmi hazırlayır

Çin Aya uçmaq üçün yeni kosmik gəmi hazırlayır

Çində Aya və uzaq kosmosa uçuşlar üçün nəzərdə tutulmuş yeni nəsil kosmik gəmi hazırlanır.
 
Trend-in məlumatına görə, bu barədə Space.com internet portalı bildirib.
 
Məlumata əsasən, hələ rəsmi bir ad almamış yeni gəmi iki seqmentdən - heyət üçün təkrar istifadə edilə bilən moduldan və enerji modulundan ibarət olacaqdır. Gəminin uzunluğu 9 metrə çatır, işə düşən kütləsi isə 20 tondur.
 
Yeni gəminin ilk pilotsuz uçuşunun 2020-ci ilin ilk yarısında həyata keçirilməsi gözlənilir.

Google+ WhatsApp ok.ru