Çin balansları dəyişdirəcək uçan aparatı uğurla sınaqdan keçirib

Çin balansları dəyişdirəcək uçan aparatı uğurla sınaqdan keçirib

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası " Xingkong-2" kimi tanınan hipersəsli uçan aparatı uğurla sınaqdan keçirib.
 
Maide.Az “dunyabulteni”nə istinadən xəbər verir ki,  saatda 7 min 344 kilometr sürətlə uça bilən hipersəsli təyyarənin  sınağı ilə bağlı bazar ertəsi "Global Times" qəzeti məlumat yayıb.
 
Sınaq zamanı sözügedən aparat havada təxminən 10 dəqiqə olub. Uçuş zamanı aparat bir çox çətin trayektoriya boyunca 30 km yüksəklikdə bir sıra uğurlu manevrlər edərək göstərilən məntəqəyə eniş edib. 
 
Hipersəsli uçan aparatın inkişaf etdirilməsi üçün 3 il vaxt sərf olunub. 
 
Aparatdan gələcəkdə döyüş başlığı üçün daşıyıcı və raket əleyhinə müdafiə sistemlərində istifadə etmək nəzərdə tutulur. Daha bir neçə təkrar sınaqlardan sonra hipersəsli uçan aparatın silahlanmaya daxil edilməsi gözlənilir.
 
Qeyd edək ki, bundan öncə 2011-ci ilin mart ayının 20-də ABŞ  hipersesli pilotsuz HTV-2 uçan aparatını test etmişdi, lakin  aparat nəzərdə tutulmuş  sürət həddinə çatmamış bir neçə dəqiqə uça bilmişdi. 
 

Google+ WhatsApp ok.ru