Çin bütün dünyanı internetlə təmin etməyi planlaşdırır

Çin bütün dünyanı internetlə təmin etməyi planlaşdırır

Çinin Kosmik Elm və Sənaye Assosiasiyası planetin bütün əhalisini genişzolaqlı internetə çıxışla təmin etməyi planlaşdırır. Bunun üçün Yer kürəsinin orbitinə buraxılacaq 156 kiçikölçülü peyk planeti şəbəkə ilə əhatə edəcək və belə iddialı tapşırığın öhdəsindən gələcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, bu layihəni universal peyk platformasının köməyi ilə reallaşdırmaq planlaşdırılır.
 
“Bu universal peyk platformasını avtomobilin mühərrik hissəsi ilə müqayisə etmək olar. Belə mühərrik hissəsinə malik olmaqla həm hərbi maşın, həm sərnişin avtomobili və ya taksi düzəltmək olar" – Çinin Kosmik Elm və Sənaye Assosiasiyasının məsul nümayəndəsi Bey Çao deyib.
 
Plan üç mərhələdə reallaşdırılacaq: birinci mərhələ 2018-ci ildə nəzərdə tutulub və bir nümunə peykin buraxılışı nəzərdə tutulur. İkinci mərhələdə eyni anda buraxılacaq dörd peyk kiçik şəbəkə şəklində birləşdiriləcək və bundan sonra onların birgə işi sınaqdan keçiriləcək. 2020-ci ilədək 156 peykin hamısını orbitə çıxarmaq planlaşdırılır.
 

Google+ WhatsApp ok.ru