Çində oruc tutan tələbələrə zorla yemək yedirilir

Müsəlmanlara qarşı təzyiqlər davam edir

İslamazeri.az-ın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Çinin Sincan-Uyğur vilayətindəki universitetlərdə uyğur tələbələrə müəllimləri tərəfindən zorla yemək yedirildiyi iddia edilir. Yemək yeməyi qəbul etməyən tələbələr isə təhdid edilir.
 
Oruc tutmağa davam edən Kaşğar Universitetinin tələbələrinə yazılı xəbərdarlıq edilib və universitetdən qovulmaqla təhdid ediliblər.
 
Hətta əvvəlki illərdə eyni təzyiqlərə məruz qalmış müsəlman tələbələrdən bəziləri hələ də diplomlarını ala bilməyib.
 
Həmçin Sincan-Uyğur muxtariyyətində dövlət nəzarətində olan media orqanlarında mübarək Ramazan ayı və oruc əleyhinə təbliğ aparılır.

Google+ WhatsApp ok.ru