Çində Qız qalasının `kopyası` inşa ediləcək

Çinin paytaxtı Pekindəki Dünya parkında Bakı Qız qalasının kiçildilmiş forması inşa ediləcək.
 
Ölkəmizin Çindəki səfirliyinin Azərbaycan mədəniyyəti və incəsənətinin Çində tanıdılması istiqamətində həyata keçiridyi tədbirlərin davamı olaraq milli memarlıq incilərimizdən olan Qız qalasının oxşarının Pekin sakinlərinin və turistlərin ən çox ziyarət etdikləri məkanlardan olan Dünya parkında inşa edilməsi təşəbbüsünü qarşı tərəf müsbət dəyərləndirib.
 
Səfir Lətif Qəndilovun parkın rəhbərliyi ilə keçirilmiş görüşündə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Qız qalasının oxşarının bu turzim və istirahət obyektinin mərkəzi hissələrindən birində - Eyfel qülləsi və Paris Zəfər Tağının yaxınlığında inşa edilməsinə dair prinsipial razılaşma əldə edilib. Hazırda maketin hazırlanması üzərində iş gedir.
 
Qeyd edək ki, müxtəlif ölkələrin rəmzi sayılan abidələrin (Eyfel qülləsi, Nyu Yorkdakı Azadlıq abidəsi, Misir ehramları, Tac-Mahal, Ayasofya, Kreml və s.) kiçildimiş formalarının quraşdırıldığı Pekin Dünya parkını ildə 2 milyondan çox turist ziyarət edir.  ans /

Google+ WhatsApp ok.ru