Çində müsəlman tələbələr 8 il müddətinə azadlıqdan məhrum edilib

Çində “separatizm”də ittiham olunan və hazırda həbsdə olan professor İlham Tohtinin 7 tələbəsinə hökm oxunub. 
Maide.az-ın məlumatına görə, Pekinin Mintszu Universitetində dərs deyən professor İlham Tohti sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə həbs olunub. Çin hökuməti isə onu “separatizm”də ittiham edir. 
 Məlumata əsasən, Onlar haqqında həbs qərarını  Urumçi şəhər məhkəməsi verib. 
7 tələbədən altısı uyğur müsəlmandır və 1 tələbə isə digər etnik azlıqlardandır. Məhkəmə eyni ittihamla həbs olunan müsəlman tələbərə 8 il , etnik azlıqdan olan bir tələbəyə isə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası verib. 
Urumçi məhkəməsi Professor İlham Tohti haqqında ötən həftə qərar qəbul edib. O ömürlük azadlıqdan məhrum edilib. 
Xatırladaq ki, polis 44 yaşlı professoru tələbələri ilə birlikdə  cari ilin yanvar ayında həbs edib. Müsəlman tələbələrin vəkili Lyu Xiaoyun bildirib ki, onlar məhkəmənin qərarından appelyasiya şikayət edəcəklər. //
 
Professor İlham Tohti
 

Google+ WhatsApp ok.ru