Çində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 331-ə çatıb

Çinin Hubey əyalətində, Yantszı çayında “Şərq Ulduzu” sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 331-ə çatıb.
 
Bundan əvvəl 75 nəfərin öldüyü bildirilirdi.
 
Hadisə yerində  axtarış-xilasedici əməliyyat nəticəsində 14 nəfər xilas edilib. İyunun 5-də “Şərq Ulduzu” çayın dibindən suyun üzərinə qaldırılıb.
 
Qeyd edək ki,  Nankin şəhərindən Çuntsinə yollanan gəminin göyərtəsində 456 nəfər olub. Çin polisi gəminin kapitanını və baş mexanikini həbs edib.

Google+ WhatsApp ok.ru