Çində daşqınlar nəticəsində 150-dən çox insan həlak oldu

Çində daşqınlar nəticəsində 150-dən çox insan həlak oldu

Eastnews.org-un verdiyi xəbərə görə, Çində aramsız yağan yağışlar nəticəsində daşqınlar yaranıb və nəticədə 150-dən çox adam ölüb.

Məlumata görə, şimal Hebei vilayəti təbii fəlakətin təsirinə ən çox məruz qalan bölgədir. Ölənlərin çoxu bu bölgənin sakinləridir.

Daşqınlar səbəbilə itkin düşənlərin sayı günbəgün artmaqdadır.

Hebeidə 114 adam ölüb, 111 nəfər itkin düşüb. 300 mindən artıq insan bölgədən evakuasiya edilib. ​Leysan yağışları torpaq sürüşmələrinə də yol açıb.

50 mindən artıq evi su aparıb. /

Google+ WhatsApp ok.ru