Çində dünyanın ən böyük radioteleskopu istifadəyə verilib

Çində dünyanın ən böyük radioteleskopu istifadəyə verilib

Çində dünyanın ən böyük radioteleskopu istifadəyə verilib.

«izvestia.ru» saytına istinadla xəbər verilir ki, dünyada ən iri radioteleskop olan FASТ Çinin cənub-qərbində Quyçjou vilayətinin dağlıq ərazisində yerləşir. Teleskopun diametri 500 metr, qurğunun perimetri 1,6 kilometrdir. Tikintisinə 2011-ci ildə başlanılan layihənin icrasına 1,2 milyard yuan (185 milyon dollar) sərf edilib.

Teleskop dünyanın ən sürətli kompyuteri "Sky Eye 1" ilə əlaqələndirilib. Ehtimal olunur ki, ilk 2-3 ildə radioteleskopdan yalnız çinli mütəxəssislər istifadə edə biləcəklər. Sonra teleskop bütün dünyanın alimləri üçün açıq olacaq.

Teleskopdan 10 kilometr aralıda tikintiyə qadağa qoyulub. Hakimiyyət teleskopun ən azı 5 kilometrlik məsafəsində yaşayan 8-9 min nəfəri ərazidən köçürüb. (azərtac) /

Google+ WhatsApp ok.ru