Çində kişi bağça uşaqlarına bıçaqla hücum edib, 11 uşaq xəsarət alıb

Çində kişi bağça uşaqlarına bıçaqla hücum edib, 11 uşaq xəsarət alıb

Çinin Pinsyan şəhərində naməlum şəxs uşaq bağçasında tərbiyə alanlara bıçaqla hücum edib. Nəticədə 11 uşaq zərər çəkib.
 
SalamNews-un TASS-a istinadən verdiyi xəbərə görə, hücum edən şəxs polis tərəfindən ələ keçirilib.
 
Xəsarət almış uşaqlar xəstəxanaya yerləşdiriliblər. Onların həyatı üçün təhlükə yoxdur.

Google+ WhatsApp ok.ru