Çində müsəlman qadın twitter-də Quran ayələri paylaşdığı üçün həbs edilib

Çində müsəlman qadın twitter-də Quran ayələri paylaşdığı üçün həbs edilib

Çinin şimal-qərbində, uyğurlar yaşayan Sincan əyalətində müsəlman qadın twitter-də Quran ayələri və dini məlumatlar paylaşdığı üçün həbs edilib.
 
Maide.Az “RFA”-a istinadən xəbər verir ki, müsəlman qadın may ayının 8-də saxlanılıb. 
 
Rəsmilər onun “dini ifratçılıq düşüncələrinin yadığını” iddia edib. Müsəlman xanım elə bu ittihamlada həbsə göndərilib. 
 
Beynəlxalq KİV-lərin məlumatına görə, Çinin Sincan əyalətində “Allah” haqqında danışmaq və Qurandan ayələri qeyd etmək qanun pozuntusu kimi dəyərləndirilir.  
 
Həmçinin bildirilir ki, bu bölgədə Quran kitablarının satışı belə qadağandır. 
 
Çinin kommunist hökuməti son illər müsəlmanlar əleyhinə, xüsusi ilə də Sincan əyalətindəki müsəlmanlara qarşı sərt məhdudiyyətlər tətbiq edir.
Ötən il KİV-lərdə Sincan bölgəsində Ramazan ayında oruc tutmağın qadağan edildiyinə dairdə məlumatlar yayılmışdır. Lakin Çin hökuməti bu məlumatları təkzib edir. 
 

Google+ WhatsApp ok.ru