Çində iri yol qəzasında 36 nəfər ölüb, 13 nəfər xəsarət alıb

Çində iri yol qəzasında 36 nəfər ölüb, 13 nəfər xəsarət alıb

Çinin Şensi əyalətində ötən axşam 36 nəfərin ölümü, 13 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.  
 
Avtobusun iştirakı ilə qəza Pekin-Kunmin sürətli magistraldakı tuneldə baş verib.   
 
Xəsarət alanlar xəstəxanalara çatdırılıblar. Qəzanın səbəbləri araşdırılır.  
 
İlkin məlumata görə, Çendu-Loyan marşrutu ilə hərəkət edən avtobus tunelə daxil olduqdan sonra naməlum səbəbdən divara çırpılıb. (apa) /

Google+ WhatsApp ok.ru