Çində yol qəzası olub, 12 nəfər ölüb, 11 nəfər yaralanıb

Çində yol qəzası olub, 12 nəfər ölüb, 11 nəfər yaralanıb

Çinin mərkəzi hissəsində yerləşən Xenan əyalətində yük maşını ilə 3 mikroavtobusun toqquşması nəticəsində 12 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
 
Hadisə Pekin-Honkonq-Makao sürət şosesində olub.
 
Belə ki, yük maşını yol kənarındakı ayırıcı hüduda çarpıldıqdan sonra qarşı yola düşüb və üç mikroavtobusla toqquşub.
 
Yük maşınının sürücüsü tutulub. 
 
Faktla bağlı araşdırma aparılır. (report) /

Google+ WhatsApp ok.ru