Çində müsəlman müştəri qəbul etdiyi üçün hotel sahibi cərimələndi

Çində müsəlman müştəri qəbul etdiyi üçün hotel sahibi cərimələndi

Çinin cənub-şərqində Guanqdung əyalətinin Şenzen şəhərində yerli polis uyğur müsəlmana otaq verdiyi üçün hotel sahibini cərimələyib.

Maide.Az xəbər verir ki, hadisənin həftənin bazar ertəsi günü verdiyini təsdiqləyən hotel işçisi deyib:  Əyalət polisi göstəriş verib ki, hotellər müsəlman müştəriləri qəbul etməsin. Buna görə də, bu göstərişə əməl etməyərək uyğur müsəlmana xidmət göstərən hotel sahibi cərimələnib.

Qeyd edək ki, Çinin Komunist partiyasının milli konqresinin keçirilməsi ərəfəsində bu ölkədə yaşayan müsəlmanlara qarşı təzyiqlər artıb. Müsəlman uyğurların ictimai hərəkətlərinə məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlərdən biri də budur ki, hotellər uyğur müsəlmanlara xidmət göstərməməlidir.
 
Uyğurlar Çinin şimal-qərbində Sinkyang əyalətində (Şərqi Türküstan) yaşayan müsəlman türk tayfalarıdır. Onların sayı 35 milyondan çoxdur. Çin dövləti 1960-cı ildən radikalizmlə mübarizə bəhanəsi və adı altında bu müsəlmanlara zülm edir, onların fərdi, dini və ictimai hüquqlarını pozur. (iqna)
 

Google+ WhatsApp ok.ru