Çində dünyanın ən uzun şüşə piyada körpüsü açılacaq 22 Dekabr 2017 02:00 Maraq dünyası -- Körpünün uzunluğu 488 metr Çinin Hebey əyalətində dekabrın 24-də dünyanın ən uzun şüşə piyada körpüsü açılacaq. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, körpünün uzunluğu 488 metr, eni isə 2 metr təşkil edir. Körpü 218 metr hündürlükdə iki dağın başını birləşdirir. Körpü 1077 şüşə paneldən ibarətdir və panellərin ümumi çəkisi 70 ton təçkil edir. Körpüdə eyni zamanda 2000 min insan hərəkət edə bilər, lakin körpünü tikən şirkət eyni zamanda 500-dən artıq insanın körpü ilə hərəkət etməsinə icazə verməyəcək. Teqlər : #Çində dünyanın ən uzun şüşə piyada körpüsü açılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşəgötürənin gözünə necə xoş görünməli: 5 əsas qayda 14 min ildir ki, Antarktidadadırlar