Çində ilk dəfə insanın yeni növ quş qripi ilə yoluxma halı qeydə alınıb

Çində ilk dəfə insanın yeni növ quş qripi ilə yoluxma halı qeydə alınıb

-- H7N4 virusuna yoluxan ilk şəxs ...

 Çində ilk dəfə insanın yeni növ quş qripi - H7N4 ilə yoluxması halı qeydə alınıb.
 
Maide.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə və Ailə Planlaması Komitəsindən bildirilib.
 
Komitənin məlumatına görə, H7N4 virusuna yoluxan ilk şəxs Tszyansu vilayətinin Çançjou rayonunun Liyan mahalında yaşayan 68 yaşlı qadındır.
 
O, 2017-ci il dekabr ayının sonlarında canlı quşla təmasda olub. Bundan sonra qadında soyuqdəyməyə bənzər simptomlar yaranıb. Çinli qadın xəstəxanaya yerləşdirilərkən ona ağır pnevmoniya diaqnozu qoyulub.
 
Epidemioloqlar yoluxmuş xəstə ilə təmasda olan 28 nəfəri müayinə edib, lakin onların heç birində yoluxma aşkarlanmayıb.

Google+ WhatsApp ok.ru