Çində 2 min illik antik şəhər tapıldı

Çində 2 min illik antik şəhər tapıldı

-- Çin səddinin 1,3 km yaxınlığında

Çinin Daxili Monqolustan Muxtar Bölgəsində aparılan arxeoloji qazıntıda eramızdan əvvələ aid antik şəhər tapılıb.
 
Maide.Az "Dünya Bülteni"nə istinadən xəbər verir ki, maddi sübutlar Çin səddinin 1,3 km yaxınlığında ortaya çıxarılıb.
 
Şəhərin Şərqi Xan sülaləsi (e.ə 206 - e.s 220) tərəfindən inşa etdirildiyi bildirilir.
 
Təxminən 210 hektarlıq ərazini əhatə edən antik şəhər 5850 metrlik qalın divarla və enli xəndəklə əhatə olunub.
 
Qazıntılarda tapılan əşyaların üstündəki naxışlar Hun mədəniyyəti aid olduğu da üzə çıxıb.

 

Google+ WhatsApp ok.ru