Çindən ABŞ-a “cavab atəşi” - Hesabat açıqlandı

Çindən ABŞ-a “cavab atəşi” - Hesabat açıqlandı

-- bu hesabat ABŞ-ın yayımladığı hesabata cavab olaraq hazırlanıb

Çin 2017-ci il üzrə ABŞ-dakı insan haqlarının vəziyyəti ilə bağlı hesabatını açıqlayıb.
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, Çin Dövlət Şurasının hazırladığı hesabatda ABŞ-da ötən il radikal irqçiliyin, vətəndaşların hüquqlarının taqdanmasının, məktəb və universitetlərdə qətliamların törədilməsinin əsas yer tutduğu qeyd edilib.
 
Bildirilib ki, ABŞ hər zaman özünü “insan haqlarının müdafiəçisi” kimi göstərməyə çalışsa da, bu ölkədəki mövcud vəziyyət daha ağırdır.
 
Qeyd edək ki, bu hesabat 20 apreldə ABŞ-ın yayımladığı hesabata cavab olaraq hazırlanıb.
 
ABŞ həmin hesabatda Çində insan haqları durumunun acınacaqlı olduğunu açıqlamışdı.
 

Google+ WhatsApp ok.ru