Çindəki məscidlərə Çin bayrağı asmaq məcburiyyəti gətirildi

Çindəki məscidlərə Çin bayrağı asmaq məcburiyyəti gətirildi

-- bütün məscidlər sosializm və

Çin İslam Cəmiyyəti ölkədəki bütün məscidlərə Çin bayrağının vurulması barədə hökumət tərəfindən göstəriş verildiyi açıqlanıb.
 
Maide.Az “NTV Türkiyə”yə istinadən xəbər verir ki, qərarın sosialist dəyərlərlə vətənsevərlik ruhuna fayda vermək məqsədilə verildiyi bildirilib.
 
Qeyd edilib ki, bütün məscidlər sosializm və Çin mədəniyyəti barədə məlumata sahib olmalıdır:
 
“Müsəlmanlar ibadətlərini qanunlar çərçivəsində həyata keçirməlidir. Məscidlərin ictimai xidmət tədbirlərini müsəlmanların yaşayış tərzinə uyğun şəkildə inteqrasiya etməlidirlər. Həmçinin, məscidə gələnlərə klassik Çin dili, tarix və coğrafiya tədirisi keçilməlidir”.
 
Bu açıqlamadan sonar Ninqşia Hui və Sincan Muxtar Vilayətlərindəki məscidlərə Çin bayrağı asılıb.

Google+ WhatsApp ok.ru