Çində ticarət mərkəzində partlayış olub

Çində ticarət mərkəzində partlayış olub

Çinin Çanqçun şəhərində “Wanda Shopping Plaza” adlı ticarət mərkəzinin yuxarı mərtəbəsində ardıcıl bir neçə partlayış baş verib.

Maide.Az “Report”a istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda xilasedicilər və polis əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb.

Partlayışın səbəbi hələlik məlum deyil.

Google+ WhatsApp ok.ru