Çində qədim əlyazma Quran nüsxəsi ilk dəfə sərgilənir

Çində qədim əlyazma Quran nüsxəsi ilk dəfə sərgilənir

Çində  1100 ilə 1300 il öncəyə aid qədim əlyazma Quran nüsxəsi ilk dəfə sərgiyə çıxarılıb. 
 
Maide.Az “alkhaleejonline.net”xəbər saytına isitnadla xəbər verir ki, qədim əlyazma Quran nüsxəsi Çinin Çinghay əyalətində  sərgilənir.  Hər gün 6 min nəfərdən çox insan Quran nüsxəsinin tamaşasına gəlir. 
 
Məlumata görə, sərgi yanvarın 23-dən fəaliyyətə başlayıb və  bir ay müddətinə davam edəcək.  Ziyarətçilərin əksəriyyəti Shining şəhərindən və Gansu əyalətindəndir.
 
Qeyd edək ki, qədim əlyazma Quran nüsxəsi iki 15 cüz (ümumilikdə 30 cüz) ayrımış və  867 səhifədir. 
 

Google+ WhatsApp ok.ru