Çində İslam dininə aid simvollar qadağan olunub

Çində İslam dininə aid simvollar qadağan olunub

Çində İslam dininə aid simvol və ərəbcə yazıları qadağan  olunub. Hökumət  reklam lövhələrində  islam simvolu və ərəb hərfləri ilə olan yazıları yığışdırır. 
 
Maide.Az  “Röyters” informasiya agentliyinə istinadla xəbər verir ki, ilk növbədə bu qadağa halal qida rasionu təklif edən restoranlara şamil olunub.  
 
Pekində fəaliyyət göstərən 11 restoranın müsəlman  sahibi bildiriblər ki, hakimiyyət orqanları onlara ərəb hərfləri ilə menyü yazmağı, islama aid hər hansi bir nişan sərgiləməyi qadağan edib. Həmçinin yeni doğmuş ay işarəsinin də islami simvol kimi yığışdırmağı əmr ediblər.
 
Xatirladaq ki, Çində 2016-cı ildən başlayaraq dini zəmində təzyiqlər artıb. Bu kompaniya mövcud olan dini təzahürləri Çin mədəniyyətinin təsirinə salmaq məqsədi daşıyır. 
 
Bu hərəkatın tərkib hissəsi kimi Çində fəaliyyət göstərən məscidlərin günbəzləri dəyişdirlərək  Çin dam-tavanı şəklində düzəldilməyə məcbur edilmişdi.

Google+ WhatsApp ok.ru