Çində 4,5 bal gücündə zəlzələ baş verib

Çində 4,5 bal gücündə zəlzələ baş verib

Çinin paytaxtı Pekindən 130 km şərqdə yerləşən Tanşan şəhərində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

Maide.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə Çinin Seysmoloji mərkəzi bildirib.

Yeraltı təkanlar yerli vaxtla saat 08:02-də qeydə alınıb. Zəlzələnin episentri Fennan rayonu ərazisində, ocağı isə təxminən 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alan və ya dağıntılar barədə məlumat verilməyib.

Google+ WhatsApp ok.ru