Çində koronavirus qurbanlarının sayı yenidən artıb

Çində koronavirus qurbanlarının sayı yenidən artıb

Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların ümumi sayı artaraq 42 min 600 nəfərə çatıb.
 
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
 
Bildirilir ki, yeni penvmaniyadan ölənlərin sayı 1113 nəfərə çatıb.
 
Virusa yoluxanlardan 4 min 740 nəfəri sağalaraq xəstəxsanalardan evə buraxılıb.
 
Xəstələrdən 8 min 204 nəfərinin vəziyyəti ağırdır.
 

Google+ WhatsApp ok.ru