Çində gəminin batması nəticəsində 18 nəfər itkin düşüb

Çində gəminin batması nəticəsində 18 nəfər itkin düşüb

Mekonq çayının Çin ərazisinə düşən hissəsində (Lançan çayı) gəminin batması nəticəsində 18 nəfər itkin düşüb.
 
Maide.Az yerli KİV-lərə istinadla xəbər verir ki, hadisə Yünnan vilayətinin Sişuanbanna Day muxtar prefekturasında səhər erkən saatlarda baş verib.
 
Hadisə yerinə gələn yardım qüvvələri 9 nəfəri xilas edib. Hazırda itkin hesab olunan 18 nəfərin axtarışları davam edir.
 
Qəzanın səbəbləri aydınlaşdırılır.
 

Google+ WhatsApp ok.ru