Çin dünyada ikinci ən böyük silah istehsalçısıdır

Çin dünyada ikinci ən böyük silah istehsalçısıdır

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) bazar ertəsi Çində silah istehsalının artdığını və dünyanın 10 ən böyük silah şirkətindən üçünün Çində yerləşdiyini söyləyib.
 
Maide.Az xəbər verir ki, The Japan Times qəzetinin verdiyi məlumata görə, Çin bu göstəricidə Rusiyanı qabaqlayaraq ABŞ-dan sonra dünyada ikinci ən böyük silah istehsalçısı oldu.
 
Tədqiqata görə, ildə təxminən 70-80 milyard dollar dəyərində Çin istehsalı olan silahların böyük hissəsi hər il ölkə ordusunu təmin etmək üçün istifadə olunur.
 
Buna baxmayaraq, İsveç İnstitutunun hesabat müəlliflərindən biri Nan Tian hesab edir ki, məlumatların məxfiliyi Çin hərbi sənayesinin öyrənilməsində əsas maneələrdən biri olaraq qalır.
 
İsveç İnstitutu əlavə edib ki, Çinin hərbi sənayesi o dərəcədə genişlənib ki, dünyada onun məhsullarına tələbat artır və hazırda Çin silah ixracatında dünyada beşinci yeri tutur.

 

Google+ WhatsApp ok.ru