Çin dünyanın ən nəhəng hidrotəyyarəsini sınaqdan keçirdi - VİDEO

Çin dünyanın ən nəhəng hidrotəyyarəsini sınaqdan keçirdi - VİDEO

Uçur da, üzür də!

Dünyanın ən böyük hidrotəyyarəsi AG600 dəniz üzərində ilk uçuşunu uğurla başa vurub. "New China" TV kanalı "YouTube"-da müvafiq videonu paylaşıb.
 
Amfibiya-təyyarənin prototipinin testləri Sarı dənizin sahilində yerləşən Tsindao şəhərində keçirilib. Təyyarə havada yarım saatdan çox qalıb. Daha əvvəl bu uçuş aparatının sınaqları quruda və su üzərində də aparılıb.
 
2019-cu ilin sentyabr ayında "İzvestiya" nəşri Rusiya Müdafiə Nazirliyi və aviasiya sənayesi mənbələrinə istinadən məlumat yaymışdı ki, ölkənin Hərbi Dəniz Donanması düşmən submarinlərinin aşkarlanması və izlənməsi, həmçinin fırtına zamanı xilasetmə işlərinin aparılması üçün nəzərdə tutulmuş "Albatros" A-42 (A-40) alacaq.
 
2016-cı ilin mart ayında Qara Dəniz Donanmasının dəniz aviasiyasının rəisi polkovnik Gennadi Zoqonov bildirib ki, 2020-ci ilə qədər Be-12 amfibiya-təyyarələri A-40 "Albatros" hidroplanları ilə əvəzlənəcək.
 
"FlightGlobal"-ın məlumatına görə, 50-yə qədər sərnişin tutan AG600-ün ekipajı dörd nəfərdən ibarətdir. AG600 xilasetmə və yanğınsöndürmə işləri üçün nəzərdə tutulub. Təyyarə dörd Dongan WJ-6 turbin mühərrikləri ilə təchiz olunub. AG600-in maksimal uçuş kütləsi 53,5 ton təşkil edir.
 
Turboreaktiv mühərriklərlə təchiz edilmiş Rusiya istehsalı A-40 "Albatros" uçsaydı, dünyanın ən böyük amfibiya-təyyarəsi hesab edilərdi.  /sputnik.az

 

Google+ WhatsApp ok.ru