Indoneziya: Dağıntılar altında qalanlar var

Indoneziya: Dağıntılar altında qalanlar var

İndoneziyanın Sulawesi adasının məruz qaldığı dağıdıcı zəlzələ və tsunami nəticəsində 832 insan həlak olub, İndoneziya Fövqəladə Hallar agentliyi bildirib.
 
Yollar bağlanıb, hava limanı zədələnib. Telekommunikasiya xətlərinin sıradan çıxması nəticəsində əraziyə kömək çatdırmaq çətinləşib.
 
Yerli media xəbər verir ki, Paluda ticarət mərkəzinin və Roa Roa otelinin dağıntıları altından mobil telefon zənglərinin səsi eşidilir.
 
Thalib Bawano adlı bir könüllü AFP xəbər agentliyinə deyib ki, 50-dən çox adamın qaldığı güman edilən dağıntılar altından 3 adam çıxarılıb.
 
"Biz müxtəlif yerlərdən səslər eşidirik, o cümlədən uşaq səsləri də gəlir", o deyib.
 
"Onlar kömək istəyirlər, biz onlara motivasiya veririk. Onlar həyat və ölüm arasındadırlar. Biz onlara su və ərzaq veririk, amma onlar yalnız bir şey istəyirlər: Çölə çıxmaq", könüllü bildirib.
 
Cümə günü 7,5 bal gücündə zəlzələ nəticəsində çökmüş binaların dağıntıları altında çoxlu insanın qaldığı xəbər verilir, agentliyin sözçüsü Sutopo Purwo Nugroho mətbuat konfransında bildirib.
 
Zəlzələ dənizdə dalğanın hündürlüyü 6m olan tsunaminin yaranmasına səbəb olub.
 
Ölkənin vise-prezidenti Jusuf Kalla deyib ki, ölənlərin sayı yekunda minlərlə ölçülə bilər.
 
Palu şəhərində xilasedicilər dağıntılar altında sağ qalanları tapmaq üçün qazılntı işlərini xüsusi avadanlıq olmadan aparırlar.
 
"Ərazini dağıtıntılardan təmizləmək üçün ağır texnikaya böyük ehtiyacımız var. Xilasedicilər ərazidə axtarış işlərini davam edirlər, lakin texnika olmadan bu işin öhdəsindən gəlmək çətindir", - Milli Axtarış-Xilasetmə agentliyinin rəhbəri Muhammad Syaugi AFP agentliyinə bildirib.
 
Qırmızı Xaç komitəsinin təxminlərinə görə, zəlzələ və tsunaminin təsirinə məruz qalmış zərərçəkənlərin sayı 1,6 milyondan çox ola bilər.
 
 Əhalisi 335,000 nəfərədək olan Palu şəhərində xeyli sayda adam itkin düşmüş sayılır.
 
Sağ qalan camaat, rəsmilərin evlərə qayıtmamaq barədə etdiyi xəbərdarlıqdan sonra, şənbədən bazar gününə keçən gecəni açıq havada geçəliyib.
 
7,5 bal gücündə olan zəlzələ cümə günü Sulawesi adısandan 10km aralıda, dənizdə yerli vaxtla 18:03-də (14:03 Bakı vaxtı ilə) baş verərək, tsunaminin yaranmasına təkan verib. (bbc)
 
Təbii fəlakət baş verən zaman xeyli sayda insan Palu şəhərinin dənizkənarı zolağında olub - festivala hazırlıq görən insanlar qəflətən təbii fəlakətin zərbəsinə məruz qalıblar.
 
Zələzələ nəticəsində yaşayış evlərilə yanaşı ticarət mərkəzi, məsçid, mehmanxana və körpü dağıdılıb.
 

Google+ WhatsApp ok.ru