Çin dövləti müsəlmanların uşaqlarını ailələrindən uzaqlaşdırır

Çin dövləti müsəlmanların uşaqlarını ailələrindən uzaqlaşdırır

Çin dövlətinin müsəlmanlar əleyhinə ayrı-seçkilik siyasətini davam etdirir.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki,belə ki, Çin dövləti müsəlman Uyğur türklərinin uşaqlarını ailələrindən zorla alaraq dövlətin nəzarətində olan yetim evlərinə göndərir.
 
Bu barədə Çindən İstambula sığınmış 29 yaşlı Mərifət adlı xanım məlumat verib.
 
Mərifət və onun əri Türkiyədə birlikdə yaşasalar da, o hər gecə yuxudan qarabasma və kabusla oyanır. Çünki Çin dövləti onların dörd uşağını əllərindən alaraq yetimxanalara göndərib.
 
Bu ailə belə müsibətlərə düçar olmuş minlərlə ailədən biridir. Çin dövləti həbs edilmiş müsəlmanların övladlarını zorla ailələrindən ayıraraq yetimxanalara verirlər.

Google+ WhatsApp ok.ru