Çin dövlət başçısı Xi Jinping: ABŞ ilə ticarət savaşından qorxmuruq

Çin dövlət başçısı Xi Jinping: ABŞ ilə ticarət savaşından qorxmuruq

Çin dövlət başçısı Xi Jinping ABŞ-la davam edən ticari savaşını Çinin istəmədiyini, ancaq bu vəziyyətdə ticarət savaşından qorxmadığını da vurğulayıb.
 
FaktXəbər-in verdiyi məlumata görə, Pekində təşkil olunan "Bloomberg Yeni İqtisadi Forumda iştirak edən Çin dövlət başçısı "Beynəlxalq Valyuta Fondu (İMF) başçısı Kristalina Georgieva ilə görüşündən sonra jurnalistlərin suallarına cavab verib.
 
Xi Jinping, Çinin ABŞ ilə "birinci mərhələdə" ticari saziş bağlamaq istədiyini, ancaq ABŞ ticari savaş eləmək istəsə qarşılıq verməkdən çəkinməyəcəklərini bildirib.
 
 "Həmişə dediyimiz kimi ticari savaşı başlamaq istəmirik, ancaq qorxmuruq da. Lazım olsa qarşılığını verəcəyik. Ancaq yenə də ticarət savaşı olmaması üçün qarşılıqlı hörmət və bərabərliyə əsaslanan 'ilk mərhələ' sazişi üçün səy göstərmək istəyirik. Bu ticari savaşı biz başlamadıq və bu istədiyimiz bir şey deyil",- deyə Xi Jinping vurğulayıb.
 

Google+ WhatsApp ok.ru