Çin hakimiyyəti məscid və minarələri dağıtmağa davam edir

Çin hakimiyyəti məscid və minarələri dağıtmağa davam edir

Çinin Daxili Monqolustan, Henan, Ninsia və Gansu əyalətlərindəki məscid və minarələr Çin hakimiyyətinin qərarı ilə dağıdılıb.

Maide.Az xəbər verir ki, bu barədə Britaniyanın "Independent" qəzeti məlumat yayıb.

Məlumata görə, xüsusilə, Çinin ən böyük müsəlman əhalisi olan Hueyin yaşadığı Linxia şəhərinin yaxınlığındakı kənddəki qübbələr və minarələr uçurulub.

Bundan əlavə, Yunnan əyalətində üç məscid bağlanılıb və ərəb yazısının ölkə daxilində istifadəsinə qadağa qoyulub.

Xatırladaq ki, 2018-ci ilin avqustunda BMT İnsan Haqları Departamentinin nümayəndələri Sinczan əsir düşərgələrində 1 milyona yaxın uyğurun "qanunsuz saxlanıldığı" barədə "obyektiv məlumatlar" aldıqlarını bildirmişdilər.

Google+ WhatsApp ok.ru