Çinin uyğur müsəlmanlarına qarşı zülümü “Washington Post”da

Çinin uyğur müsəlmanlarına qarşı zülümü “Washington Post”da

-- Burada təhlükəsizlik tədbirləri o qədər güclü şəkildə sistemləşdirilib ki....

Çin Xalq Respublikasında  Sintszyan-Uyğur Muxtar Rayonunu  ziyarət edən “Washington Post”un müxbiri Çində uyğur müsəlmanlarına edilən zülmdən yazıb. 
 
Maide.Az-ın "dunyabulteni"-nə istinadən verdiyi xəbərə görə, Sintszyan Uyğur Muxtar Rayonunda səfərdə olan müxbir bildirib ki, “Çin hökuməti burada gələcək kəşfiyyat texnologiyasını təcrübədən keçirməyə hazırlaşır”. 
 
Çin hökumətinin idarəçiliyi altındakı Sintszyan Uyğur Muxtar Rayonunda 2016-cı ilin avqustundan bəri Çen Quanguo adlı valinin vəzifəyə gəlməsindən sonra təhlükəsizlik tədbirləri dünyanın heç bir yerində görülməmiş həddə gücləndirilib. 
 
Burada hər küçədə, hər tində, qapalı yerlərdə üz tanıma kameraları, marketlərdə izləyici kameralar, bıçaqların üzərində QR təqibetmə kodları, telefonlara və kompyuterlərə məcburi şəkildə yüklənmiş təqibedici proqramlar insan haqlarının vəhşicəsinə tapdanmasının göstəricisidir. 
 
 
“The Wall Street” dərgisinin müxbiri uyğur müsəlmanlarının sıx yaşadığı bölgədə olub. 
 
O, 19 dekabr 2017-ci ildə yazdığı məqaləsində gördüklərini oxucularla paylaşıb: “Çinin uyğur müsəlmanlar yaşayan bölgəsində xəbər hazırlamaq, bir müharibə bölgəsinə səyahət etmək qədər əcaibdir. Burada təhlükəsizlik tədbirləri o qədər güclü şəkildə sistemləşdirilib ki, bütün küçələrdə zirehli avtomobillər, hər tində polis bölmələri və minlərcə izləmə kameraları insanın rahatlığını pozur. Ötən il isə Çin polisi bu bölgədə təhlükəsizlik tədbirlərini ən yüksək həddə qaldırdı. Bu bölgə dünyanın ən ciddi izlənmə məkanı kimi birincidir. Çin bu bölgədə gələcəyin təlhükəsizlik texnologiyasını sınaqdan keçirir sanki. Əgər siz bu əyalətdə yaşasanız hər gün on dəfə yoxlamadan keçiriləcəksiniz- marketə gedərkən, maşın sürərkən, qatara minərkən. Sizin smartfon telefonlarınız da bu yoxlanmalara məruz qalacaq. Biz reportaj hazırlayarkən, bəlkə on dəfə polis tərəfindən saxlanıldıq. Reportajlarımızın silinməsi və şəhərdən çıxarkən tutulmağımız burada yaşayan uyğur müsəlmanlarının çəkdikləri cəhənnəmi yaşatdı bizə.”
 
 
Müxbir daha sonra  Sintszyan Uyğur Muxtar Rayonunda təlim düşərgələrindən yazıb.
 
 O, bu düşərgələrdəki təzyiqlərin hər gün daha da artdığını bildirib: “Korla şəhərindəki bir düşərgənin adlarının çəkilməsini istəməyən səlahiyyətliləri RFA müxbirlərinə verdikləri məlumatda bir düşərgədə mindən çox insanın olduğunu və gətirilənlər üçün yer olmadığını deyib. 
 
Çində belə düşərgələrin sayının hər gün artdığını bildirən səlahiyyətlilər burada 15 yaşından 55 yaşına qədər müxtəlif “günah sahibi” olan uyğurların salındığını söyləyib.  Bu uyğurların “günahları” isə çox qərbədirr: işsizlik, passport sahibi olmaq, gündəlik dini ibadətlərdən hər hansı birini yerinə yetirmək, dini elmlərə sahib olmaq, Çinin təhlükəli élan etdiyi 26 ölkədən birinə səyahət etmək, uşaqlarına evdə təlim keçmək, xarici ölkələrlə əlaqə qurmaq və.s.”
 

 

Google+ WhatsApp ok.ru