Çin iqtisadiyyatı 3-cü rübdə 6.8 faiz artıb 19 Oktyabr 2017 01:00 Dünya Çində cümə axşamı günü açıqlanmış rəsmi statistikaya əsasən, iyul-sentyabr aylarında ölkə iqtisadiyyatının artımı 6.8 faiz təşkil edib. Bu rəqəm ötən rübün müvafiq göstəricisindən bir qədər azdır. Bununla belə, ötən ilin eyni rübü ilə müqayisədə hesablanan iqtisadi inkişafı əks etdirən artım rəqəmi proqnozlara uyğun olub. Bu göstərici Pekinin 2017-ci il üçün qarşısına qoyduğu 6.5 faiz səviyyəsində artıma nail olmaq hədəfindən bir qədər yüksəkdir. Dünyanın ikinci ən böyük iqtisadiyyatı borcları cilovlamağa və mənzil bazarının süni şişməsini aradan qaldırmağa çalışır. Bu tədbirlərin bəzi bölgələrdə iqtisadi fəallığa təsir göstərəcəyi güman edilir. Lakin ticarət və bankçılıqda artımın proqnozları üstələməsi və ümumi artımın davam edəcəyini proqnozlaşdırmağa əsas verir. Bu ilin birinci və ikinci rübündə iqtisadi artım 6,9 faiz təşkil edib. Üçüncü rübün iqtisadi göstəricilərinin açıqlanması Kommunist partiyası qurultayının işə başladığı dövrə təsadüf edib. Qurultayda çıxış edən Çin prezidenti deyib ki, ölkə iqtisadiyyat və maliyyə sahəsində islahatları dərinləşdirəcək və daxili bazarı xarici investorların üzünə açmaqda davam edəcək. "Çin iqtisadiyyatı sürətli artım mərhələsindən yüksəkkeyfiyyətli inkişaf mərhələsinə keçməkdədir", - Xi Jinping çərşənbə günü qurultayın açılışında bildirib.(bbc) Teqlər : #Çin iqtisadiyyatı 3cü rübdə 6.8 faiz artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Deputatların toxunulmazlığını ləğv edin - Ukrayna Ali Radası qarşısındakı mitinqçilər Sionist rejimin nümayəndəsi Sankt-Peterburq iclasından qovulub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO