Çin koronavirusa görə ABŞ-i ittiham edib 03 Fevral 2020 13:25 Dünya Çin ABŞ-ı əsassız yerə təşviş yaratmaqda ittiham edib. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu fikri Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Hua Çunin bu gün keçirdiyi brifinqdə səsləndirib. “Epidemiya başlayandan bir çox ölkələr Çinə yardım və dəstək olub. Biz həmin dövlətlərə minnətdarıq. Ancaq ABŞ nəinki Çinə əhəmiyyətli yardım göstərib, əksinə, ən birinci bu ölkə Uhandan konsulluq əməkdaşlarını evakuasiya edib, ilk növbədə onlar səfirlik nümayəndələrinin bir hissəsini çıxartmaq niyyətlərini açıqlayıblar. Ümumdünya Səhiyyə Təşkilatının Çinlə gediş-gəliş və ticarətin dayandırılmasını tətbiq etməmək barədə tövsiyəsinə baxmayaraq, ən birinci onlar Çin vətəndaşlarını ABŞ-a buraxmamağı bəyan ediblər”, - o qeyd edib. Xatırladaq ki, dünyada koronavirusa yoluxanların sayı 17 min nəfəri, ölənlərin sayı isə 361-i ötüb. Teqlər : #Çin,#koronavirusa,#görə,#ABŞi,#ittiham,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çin karantin tədbirlərini gücləndirir Ayətullah Şeyx İsa Qasım: 'Ümmət Əsrin müqaviləsinə qarşı mübarizə aparmalıdır'
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO