Çinlə ABŞ arasında diplomatik gərginlik artır 24 İyul 2020 09:54 Dünya Çin ABŞ-dan Sıçuan əyalətinin Çendu şəhərindəki Baş Konsulluğunun fəaliyyətini dayandırmağı tələb edib. Bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyi məlumat yayıb. Rəsmi Pekin iyulun 24-də ABŞ-ın Çindəki səfirliyini Çendudakı Baş Konsulluğun bağlanması və diplomatik nümayəndəliyə verilən icazənin geri çağırılması ilə bağlı məlumatlandırıb. Çinin Xarici İşlər Nazirliyi vurğulayıb ki, bu tələb qanunidir, beynəlxalq hüquqa uyğundur. Rəsmi Pekin baş verənlərə görə bütün məsuliyyəti Vaşinqtonun daşıdığını bildirib. Nazirlik ABŞ-ı qərarını ləğv etməyə, ikitərəfli münasibətləri normallaşdırmağa çağırıb. Bir müddət əvvəl ABŞ Çindən Hyustondakı Baş Konsulluğunu bağlamağı tələb etmişdi. ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus bildirib ki, rəsmi Vaşinqton ABŞ vətəndaşlarının intellektual mülkiyyəti və şəxsi məlumatlarının qorunmasının təmin edilməsinə dair tapşırıq verib. /Report Teqlər : #Çinlə,#ABŞ,#arasında,#diplomatik,#gərginlik,#artır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistanda şiələr yaşayan bölgədə partlayış, yaralananlar var Mustafa Kazimi: ABŞ koalisiyasının rolu İraqın suverenliyinin prinsipinə uyğun müəyyənləşdirilməlidir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO