Çinli İmamı qətlə yetirənlərə ölüm hökmü verildi

Çin məhkəməsi iki nəfər barədə ölüm hökmü, daha iki nəfər barəsində isə ömürlük həbs cəzası kəsib. Onlar bu ilin iyulunda Çində ən böyük məscidin imamını qətlə yetirməkdə təqsirli biliniblər. Həmin imam Çin hökuməti tərəfindən bəyənilmişdi.
 
İstintaqın materiallarına görə, müttəhimlər ekstremist dini baxışların daşıyıcıları olublar. Məhz iyul ayında Çinin Uyğur Muxtar Rayonunda inzibati binalara və polis məntəqəsinə hücum olmuşdu.
 
Qeyd edək ki, əhalisinin əksəriyyəti türk-müsəlmanlar olan bölgə müstəqil olmaq uğrunda mübarizə aparır.

Google+ WhatsApp ok.ru