Çinli turistlər 115 milyard dollar xərclədi

Çinli turistlər 115 milyard dollar xərclədi

-- 130 milyon Çinli turist digər ölkələrə səfər edib

Çinli turistlər  ötən il  ölkədən kənara etdikləri səyahətlərdə 115 milyard dollar  pul xərcləyib. 
 
Maide.Az  “AA”-a istinadən xəbər verir ki,  Çinin tanınmış  turizm agentliyi  Ctrip ve Çin Turizm Akademiyasının birgə yayımladığı hesabata görə,   ötən il  130 milyon Çinli turist digər ölkələrə səfər edib və  115 milyard dollar vəsait xərcləyib. 
 
2016-cı illə müqayisədə bu rəqəm  turistlərin sayına görə 7 faiz,  xərclənmiş vəsaitin miqdarına görə isə  5 faiz artıb. 
 
Çinli turistlər səyahətlərini daha çox qrup turlarla təşkil ediblər. 
 
Hesabata görə, turistlər əsasən Tayland və Yaponiyaya səfər edib. 
 

Google+ WhatsApp ok.ru