Çin İmperatoru Honq Vudan Həzrət Məhəmməd (s) şeiri

Maide.az xəbər verir ki, Çində Ming Xanədanının ilk imperatoru olan Honq Vunun 14-cü əsrin sonlarında Həzrət Peyğəmbəri (s) tərifləyən bir şeir yazdığı ortaya çıxıb.
 
Honq Vu Çində 1368-1398-ci illər arasında hökmran olub. Honq Vu Yuan Xanədanına qalib gələrək ölkə rəhbərliyinə keçən Minq sülaləsinin ilk hökmdarıdır. Honq Vunun ordusunda aralarında Çen Yuchun, Lan Yu, Ding Dexing, Siz Ying, Feng Sheng və Hu Dahai kimi məşhur generalların da olduğu 10 müsəlman komandir olub.
 
İmperator Honq Vunun səltənəti zamanı çoxlu sayda məscid tikdirdiyi, Nanjing şəhərindəki dağıdılmış olan Jinjue məscidini də yenidən inşa etdirərək, çoxlu sayda Xoi müsəlmanının bu şəhərə daşınmasını təmin etdiyi də məlumdur. İmperatorun həyat yoldaşı imperatriça Manın da sonradan müsəlman olan bir ailədən gəldiyi tarixi iddialar arasındadır.
 
İmperatorun şeiri hər birində dörd söz olan 24 misradan ibarətdir.
 
 Kainatın yaradılışından bu yana
 Allah elçi göndərməyi qərarlaşdırmışdı
 Bu böyük, imanlı adam
 Qərb ölkələrində dünyaya gəldi
 O, müqəddəs kitabı gətirdi
 O kitab otuz parçaydı
 Bütün aləmlər üçün rəhbəriydi
 Bütün rəhbərlərin əmiriydi
 Hər bir müqəddəsin başçısıydı o
 Dəstək alaraq önəmli insanlardan
 Ümmətini salam yoluna yönəltdi
 Beş vaxt namaz ilə
 Sakitlik, ümid və sülh ilə
 Allaha əsaslanırdı bütün qəlbilə
 Kasıblar üçün ümid oldu
 Onları bəlalardan, çətinliklərdən xilas etdi
 Qaranlığın üzərinə çökdüyünü görüncə
 Ruhları və aləmləri işıqlandırdı
 Uzaqda qaldı bütün günahlar
 Sözlər kifayət etməz ona təşəkkürə
 Müqəddəs yolu təqdim etdi bizə
 Bütün şeytanları məğlub edib
 Onun dini saf və haqdır
 Məhəmməd (s) soylu və böyükdür.

Google+ WhatsApp ok.ru