Çin müsəlmanların pasportlarını yığır

Çin şərqi türküstanlı müsəlmanların pasportlarını əlindən alır.

 

Axar.az xəbər verir ki, Çin hökuməti işgəncə verdiyi uyğurların başqa ölkələrə getməsinin qarşısını almaq üçün bu addımı atır.

 

Çində yayımlanan bir sənədə görə, əlində etibarlı və müddəti bitməmiş pasportu olan uyğur türklərindən mayın 15-nə kimi pasportlarını ən yaxın polis mərkəzinə təhvil vermələri istənilib. Çin hökuməti pasportlarını təhvil verməyən müsəlmanların sənədlərinin ləğv ediləcəyini bildirib.

 

Şərqi Türküstan müsəlmanlarından təkcə 1%-nə passport verən Çin pasport verməyə münasib gördüyü müsəlmanları uzun prosedurdan keçirir və daha sonra pasportu aylıq qazanclarından 100 qatına yaxın ödəniş qarşılığında qaytarır./

 

Çin türklərin pasportlarını yığır


Çin türklərin pasportlarını yığır

 

Google+ WhatsApp ok.ru