Çin müsəlmanları qadağalara baxmadılar - FOTO

Çində müsəlmanların oruc tutmasının qadağan olmasına baxmayaraq onlar öz dini borclarını yerinə yetirir. 
 
Maide.az xəbər verir ki, öncədən də xəbər verdiyimiz kimi Çin rəhbərliyi keçən il olduğu kimi, bu il də Sintszyan-Uyğur Muxtar Rayonunda məmur, şagird və müəllimlərin oruc tutmasını qadağan edib.  Bu barədə Çin rəhbərliyi məlumat yayıb. Lakin bu qadağalara baxmayaraq müsəlmanlar öz oruclarını tutur ve ibadətlərini edirlər. 
 
Məlumata əsasən, Çin hökunməti həmçinin, uyğurlara aid restoranlara oruc saatlarında açıq olmaq məcburiyyəti tətbiq olunub.   Dünya Uyğur Konqresinin rəhbəri Dilşad Rəşid Çin hökumətinin müsəlmanların işlətdiyi restoran və mağazalarda siqaret və alkoqollu içki satışını davam etdirmələrini tələb etdiyini də qeyd edib.  
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru