Çin müsəlmanları yenidən düşərgələrə göndərir

Çin müsəlmanları yenidən düşərgələrə göndərir

-- `siyasi təhsil` düşərgələrinə...

Çin rəhbərliyinin müsəlmanlara zülmü davam edir.
 
Maide.Az "İslam-Today"a istinadən xəbər verir ki, Çinin Sincan Uyğur Muxtar Vilayətində yaşayan minlərlə uyğur müsəlman "siyasi təhsil" düşərgələrinə göndərilib.
 
Fəalların sözlərinə görə, bu cür düşərgələrdə olan müsəlmanların dəqiq sayı məlum deyil. "Radio Free Asia"ya görə, bu rəqəm 120 minə çatacaq.
 
Qeyd edək ki, Çinin yenidən təhsil düşərgələri mədəni inqilab zamanı yaranıb. Müsəlmanlar burada ağır iş görməyə məcbur ediliblər, işgəncələrə məruz qalıblar.
 
CNN-in yazdığına görə, düşərgələrdə işgəncə tətbiq olunmur, lakin orada insanların "beyni yuyulur", siyasi təzyiqlər göstərilir.

Google+ WhatsApp ok.ru