Çin müsəlmanlarının rəhbərinin dəfn mərasimində 300 min nəfər iştirak edib

Çin müsəlmanlarının rəhbərinin dəfn mərasimində 300 min nəfər iştirak edib

Çin müsəlmanlarının rəhbəri  Donq Guan  Abdullahın dəfn mərasimində  300 min nəfər iştirak edib. 
 
Maide.Az  “akhbarak.net” saytına istinadən xəbər verir ki,   Dongguan məscidinin imamı və Çinin tanınmış böyük alimlərindən olan  Dong Guan  Abdullah Çinin şimal-qərbində  Xining şəhər qəbristanlığında dəfn olunub. 
 
Bir neçə gün öncə 85 yaşında vəfat etmiş alim  D.G.Abdullah  ömrünün çox hissəsini İslam dininin təlimlərini öyrədib. Minlərlə şagird tərbiyə edib.
 
O  13 yaşından Çinin məşhur alimlərindən olan atasının yanında İslami elmləri öyrənmışdi.  Vaxtının çoxunu məsciddə keçirir və  şagirdlər yetişdirirdi. 
 

Google+ WhatsApp ok.ru