Çin nüvə sınağı həyata keçirəcəyi təqdirdə Şimali Koreyaya neft tədarükünü dayandıracaq

Çin nüvə sınağı həyata keçirəcəyi təqdirdə Şimali Koreyaya neft tədarükünü dayandıracaq

Çin nüvə sınağı həyata keçirəcəyi təqdirdə Koreya Xalq Demokratik Respublikasına (KXDR) neft tədarükünü dayandıra bilər.
 
"Report" TASS-a istinadən xəbər verir ki, Çin hökumətinin Koreya yarımadası işləri üzrə xüsusi nümayəndəsi U Davey Koreya Respublikasına səfəri zamanı Pxenyana təsir tədbirləri kimi yanacaq-sürtkü materialların və digər malların tədarükünün dayandırılması, eləcə də Çində işləyən KXDR vətəndaşlarının deportasiyasının nəzərdən keçirildiyini bildirib. /

Google+ WhatsApp ok.ru