Çin pnevmoniyaya görə əhalini təlaşa düşməməyə çağırıb

Çin pnevmoniyaya görə əhalini təlaşa düşməməyə çağırıb

Çin hakimiyyəti əhalini Uhan şəhərində naməlum pnevmoniya xəstəliyinin yayılmasından təlaşa düşməməyə çağırıb.
 
Maide.Az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının açıqlamasında deyilir.
 
Çin hakimiyyəti bildirir ki, ölkədə hətta atipik pnevmoniyanın (SARS) qarşısının alınması və nəzarət üçün tam sistem mövcuddur.
 
Qeyd edək ki, bir qədər əvvəl ölkənin yerli səhiyyə komitəsi mənşəyi məlum olmayan pnevmoniya halları haqqında məlumat yayaraq tibb müəssisələrində xəstələrin statistikasını aparmağı və yuxarı orqanlara hesabat vermələrini tələb etmişdi. Məlumata görə, dekabr ayının əvvəlindən şəhərdə 27 viruslu pnevmoniya hadisəsi qeydə alınıb, 7 nəfərin vəziyyəti ağırdır.
 
Xəstəliyin dəniz məhsulları bazarından yayıldığı güman edilir. Hazırda mütəxəssislər pnevmoniyanın hansı növə aid olduğunu araşdırır.

Google+ WhatsApp ok.ru