Çin Qurani-Kərimi yenidən yazmaq istəyir

Çin Qurani-Kərimi yenidən yazmaq istəyir

Dini azadlıqların hər gün sərtləşdirildiyi Çində Şi Cinpinq hökuməti Qurani-Kərimi, İncili və buddistlərin Surtarlarının şərhlərini Çin Kommunist Partiyasının ideologiyasına uyğun şəkildə yenidən yazılması üçün hərəkətə keçiblər.   

Ötən noyabr ayında Çin Kimmunist Partiyasının daimi üzvü və prezident köməkçisi Vanq Yanqın sədrliyi ilə ölkənin ən tanınmış dini təşkilatlarının nümayəndələrinin dəvət edildiyi simpozium keçirilib.  

Vanq ölkədəki dinlərin Çin mədəniyyəti və Kommunist Partiyasının doktorinalarına uyğun şəkildə şərh edilməsinin vacibliyini bildirib.  

"Xinhua" rəsmi agentliyinin toplantıdan yayımladığı reportajda, "dini mətnlər dəyərləndirilməli və lazım gəldikdə uyğun olmayan yerlərdə dəyişikliklər edilməli, mətnlər yenidən tərcümə olunmalıdır", - deyə bildirilir.  

Çin Sosial Elmlər Akademiyasının araşdırmaçısı Ren Yanli bildirir ki, bu addımla Pekin ölkədəki dinləri daha radikal şəkildə nəzarət alıtına almağa çalışır.  

O qeyd edib ki, Qurani-Kərim və İncilin mətnlərinə müdaxilə Çində ilk dəfədir müşahidə edilir. /faktxeber

Google+ WhatsApp ok.ru