Çin səhmlərinin dəyəri 10 trilyon dollara yaxınlaşıb

Çin bazarında dövriyyədə olan səhmlərin dəyəri 10 trilyon dollara yaxınlaşıb.
 
Şanxay Birləşmiş İndeksi ötən həftə 8.9 faiz artaraq bu ilin ən böyük artımını qeyd edib və 2008-ci ildən bu yana ilk dəfə 5,000 bəndinin üstünü görüb.
 
Bloomberg tərəfindən toplanan məlumatlara görə, Çin səhmlərinin ümumi əməliyyat həcmi 9.7 trilyon dolara çatıb.Təkcə əməliyyatların həcmi 2015-ci ildə 4.8 trilyon dollar artım qeyd edib.
 
Şanxay indeksi son 12 ayda 146 faiz artım ilə digər bütün qlobal indeksləri geridə qoyub. .
 
Çin səhmlərinin dəyərinin artmasının bir "köpükdən" ibarət olduğu, yoxsa iqtisadiyyatın inkişafını göstərdiyi hələ dəqiq bilinmir.
 
Ən son açıqlanan rəqəmlərlə görə Çin iqtisadiyyatının artım sürəti aşağı düşüb.Belə bir vəziyyət hökumətin stimulları artıracağına dair ehtimalların artmasına səbəb olub.

Google+ WhatsApp ok.ru