Çin İslami tikililəri sökür 13 Yanvar 2020 16:17 Dünya Çin hökuməti ölkənin şimali-şərqində müsəlmanlara məxsus binaları sökməyə cəhd edir. Maide.Az xəbər verir ki, Bitter Winter veb saytının verdiyi məlumata görə, bunlara, Pekindəki Nangeng küçəsinin şimal və cənub küçələrinin sonunda ulduz və aypara formalı qübbələr və atributları olan iki ərəb tipli iki tağların sökülməsi daxildir. Dekabrın ortalarında Çin hökuməti bu iki binanı sökərək, bunun prospektin yenidən qurulması əməliyyatının bir hissəsi olduğunu iddia etdi. Noyabrın ortalarında yerli hakimiyyət Jirin şəhərindəki Çuanin məhəlləsində bir məscidin minarələrini də söküb. Yerli bir müsəlmanın dediyinə görə, oktyabr ayında yerli Kommunist Partiyasının Əmək və Dini İdarəsinin rəsmiləri minarələrin sökülməsi barədə əmr verib. Bu orqanlar minarənin quruluşunun çox hündür olmasını və ətrafdakı binalarla uyğun olmadığını, buna görə şəhərin ümumi görünüşünə mənfi təsir göstərdiyini iddia ediblər. Onlar həmçinin, minarələr məhv edilməyəcəyi təqdirdə məscid rəhbərlərini qovacaqları və həbs edəcəkləri ilə hədələyiblər. Teqlər : #Çin,#İslami,#tikililəri,#sökür, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistanda güclü yağış və qar yağmasından 14 nəfər ölüb ABŞ-da kişi bıçaqla 8 nəfəri yaralayıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO