Instagram-dan iki möhtəşəm funksiya

Instagram-dan iki möhtəşəm funksiya

Instagram öz yenilikləri ilə istifadəçiləri sevindirib. Belə ki, digər akkauntların statuslarını  xüsusi səhifədə saxlayan funksiya əlavə edib. 
 
«Yadınızda saxlamaq istədiyiniz maraqlı video, xoşunuza gələn geyim və ya hər hansı bir postu birbaşa öz profilinizdən izləyə biləcəksiniz», - deyə Instagram-ın bloqunda bildirilir.
 
 
 
Yeni funksiyanın işarəsi sağ aşağıda qeyd olunub: Foto-videonu yaddaşda saxlamaq üçün bir toxunuş kifayətdir. Saxlanılan foto-videolar ancaq  akkauntun sahibi üçün görünəndir.
 
Daha  bir yaxşı xəbər isə Instagram-da birbaşa canlı yayım funksiyasıdır. Bundan sonra iOS və Android  istifadəçiləri güncəlləmədən sonra başqa servislərə keçmədən canlı video çəkə biləcək. Yayımın maksimum müddəti bir saatdır.
 
Qeyd edək ki, bu funksiyalar hələ ki, ABŞ vətəndaşları üçün keçərlidir. Lakin bir neçə həftə ərzində bütün dünyada yayılacaq. (faktxeber)
 

 

Google+ WhatsApp ok.ru