`Instagram”a da bu funksiya gəldi -FOTO

`Instagram”a da bu funksiya gəldi -FOTO

-- Bəs bu funksiyanı necə ləğv etmək olar?

Bundan sonra “Instaqram” dostlarınıza sizin sonuncu dəfə nə zaman bu sosial şəbəkəyə daxil olduğunuz barədə məlumat veriləcək.
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, “Instagram” bu şəxsi məlumatı hər bir istifadəçiyə təqdim etmir.
 
Belə ki, bu məlumatı yalnız sizin ismarış yazdığınız və ya öz “Hekayələr” paylaşımınızda işarələdiyiniz insanlar görür.
 
Əgər siz bu məlumatın digər insanlar tərəfindən bilmələrini istəmirsinizsə onu deaktiv etmək olar. Bunu etmək üçün ayarlara daxil olub “Statusu aktiv göstər" düyməsini deaktiv etmək lazımdır. Lakin bu funksiyanı deaktiv etsəniz, siz də öz növbənizdə digər istifadəçilərin nə zaman
 
“Instagram”dan istifadə etdiklərini görə bilməyəcəksiniz.
 
Qeyd edək ki, bu funksiya uzun zamandır "WhatsApp"da tətbiq olunurdu.
 
 
 
 

Google+ WhatsApp ok.ru